"Neftçi"nin futbolçusu Lənkəranda yaralandı!
27 Mart 2010 22:26
Fanat.az-ın verdiyi məlumata görə, yerli fanatlar "Neftçi"nin avtobusuna hücum edib.
Nəticədə avtobusun şüşələri sındırılıb. "Neftçi"nin rumın futbolçusu Adrian Nyaqa axğır xəsarət alıb. Sınan şüşələrin onun sifətinə töküldüyü deyilir. Komandanın başqa oyunçularının da xəsarət aldığı bildirilir.
Olaya polis müdaxilə edib. Hətta bir neçə azarkeşin saxlandığı da deyilir. Hazırda Lənkəran polis idarəsində məsələ ilə bağlı araşdırmalar aparılır.
Avtobus yararsız hala düşdüyündən "Neftçi" Bakıya başqa nəqliyyat vasitəsi ilə dönməli olacaq.
Milli.Az
Uyğun linklər:
"Xəzər Lənkəran"ın məşqçisi: "İnsanların əsəbləri ilə
oynamaq olmaz"
Ramin Musayev: "Lənkəranda baş verənlərlə bağlı bazar
ertəsi qərar veriləcək"
Lənkəranda
olay: azarkeşlər hakimə hücum etdi