Əməkdar artistin atası çəkiliş zamanı hönkür-hönkür ağladı - FOTO

29 Yanvar 2018 09:54

Dünən "Evdəkilərə salam" verilişinin çəkiliş heyəti əməkdar artist Yusif Mustafayevin evində qonaq olub.

Milli.Az xəbər verir ki, Yusif Mustafayevin evinə təşrif buyuranlar arasında sənət yoldaşları Baloğlan Əşrəfov Ağadadaş Ağayev də olub.

Süfrə başında əməkdar artistin valideyinlərinin yer aldığı veriliş duyğulu anlara səhnə olub. Yusif Mustafayevin ata-ana haqda ifası əməkdar artistin atasının gözyaşlarına səbəb olub. Özünü heç cür toparlaya bilməyən Yusif Mustafayevin atasının gözyaşları qonaqları da duyğulandırıb.

Verilişdən sözügedən kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində