Bakıda "soyqırım" - Ağacları kökündən qoparıb aparırlar - FOTO - VİDEO

26 Yanvar 2018 12:27

Bakı sakini Orxan Əliyev Milli.Az-a müraciət edərək Nəsimi rayonunda ağacların qanunsuz kəsilməsindən şikayət edib:   

"Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsi 24 ünvanında olan çox illik ağaclar bəlli olmayan şəxslər tərəfindən kəsilmişdir. Sakinlərin şikayətindən sonra fiziki şəxs Abbas Hüseynov 2900 manat cərimələndi. Dünən həmin şəxslər yenidən ağacları kəsməyə başlayıblar. Yaşıllaşdırma idarəsindən olduqlarını bildirirlər. Əvvəl ağacların budaması adı altında 2 ağac kəsdilər, dünən isə bütün ağacları kökündən kəsib doğrayıb apardılar. İzlər qalmasın deyə ağacların köklərindən qopardıblar".


 
Şikayətçi ağacların soyqırımına biganə qalmamağa çağırıb: "2017-ci il iyul ayının 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən adıçəkilən ərazidəki ağacların qorunacağı haqda məktub gəlib. Ağacların müdafiəsi üçün ETSN-nin Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etdikləri vurğulanıb. Amma göründüyü kimi ağaclar qorunmadı və məhv edildilər. Xahiş edirəm, bu cinayətə biganə qalmayaq".

Pünhan Mirzə
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Ağacların kökündən qoparıb aparırlar -3

Ağacların kökündən qoparıb aparırlar -2

Ağacların kökündən qoparıb aparırlar -1

Ağacların kökündən qoparıb aparırlar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində