Dünyanın 10 ən yaraşıqlı kişisi - FOTO

24 Yanvar 2018 23:57

Milli.Az axşam.az-a istinadən dünyanın ən yaraşıqlı 10 kişisinin siyahısını təqdim edir:

Omar Borkan Al-Qala - inanmaq çətin olsa da, amma Omar çox cazibədar olduğu üçün hətta Səudiyyə Ərəbistanından qovulub. Onun qeyri-adi gözləri və gülüşü qadınları özünə cəlb edir.

Robert Pattinson - onun güclü xarizması məşhur aktyor və musiqiçi olmasına gətirib çıxarıb. Robert baxışları ilə daha çox diqqət çəkir.

Bred Pitt - uzun illər kişilər arasında ən yaraşıqlı olmağı ilə seçilib. Bredin ingilislərə məxsus gözləri və saç rəngi həmişə qadınların ona baxmağa vadar edib. 

Kris Evans - aktyorun mavi gözləri və təbəssümü qadınarın ağlını başlarından alır.

Şahzadə Villiams - anası şahzadə Diananın gözəlliyi ona keçib. Gənc vaxtı daha çox qızları özünə heyran qoyurdu. Hazırda yaşlansa da, amma Villiamsın səmimi baxışları onun hələ də yaraşıqlı qalmağına səbəbdir.

Conni Depp - o, həmişə "pis oğlan" görkəmində olsa da, amma cazibədarlığı ilə seçilməyi bacarır. Filmlərdə oynadığı obraz və geyindiyi kostyumlardan asılı olmayaraq, həmişə seksual görünür.

Riçard Gir - "Gözəlçə" filmindən sonra bütün qadınların ürəyini fəth edib. Bəziləri isə hesab edir ki, Riçard yaşlaşdıqca daha cazibədar olur.

Xoakin Feniks - aktyorun təkrarolunmaz gözləri sanki qadınları hipnoz edir. Dodağının üstündəki xətt isə ona şarm və güc verir.

Ceremi Miks - illər əvvəl adi insan olan Ceremi, məhkum həyatı yaşayarkən şöhrətlənib.

Belə ki, onun fotosu polis idarələrindən birinin saytında yerləşdirldikdən sonra qadınlar Miksin nə qədər yaraşıqlı olduğunu göstərmək üçün bir-birilərinə onun şəklini yollamağa başlayıblar. Ceremi bundan sonra bir sıra model agentliklərin də diqqətini çəkib. 

Censen Eykls - qadınlar onu nəinki yaraşıqlı, eyni zamanda çox seksual hesab edirlər. Onun gözlərində sanki müamma olduğunu qeyd edirlər.

Milli.Az