Dünyanın ən böyük və ən populyar videoservisi YouTube 2014-cü ilin yekunlarına görə ən populyar videoların reytinqini açıqlayıb.
Milli.Az bildirir ki, reytinqin lideri nəhəng hörümçəyə "çevrilmiş" köpəyin yoldan keçənləri qorxutduğu anların əks olunduğu "Mutant Giant Spider Dog (SA Wardega)" videosudur.
Video Polşada çəkilib.
2-ci yerdə "Nike" şirkətinin " Nike. Rolik Nike Football: Winner Stays. ft. Ronaldo, Neymar Jr., Rooney, Ibrahimović, Iniesta & more" reklam videosu var.
Sonrakı yerlərdə "FIRST KISS", 25 yaşlı italyan rahibə Kristina Skuççianın "Voice" şousunda çıxışı, iPhone 6 Plussmartfonunun əyilməsindən bəhs edən "iPhone 6 Plus Bend Test" tutub.
YouTube-da ilin ən populyar videolarının ilk onluğunu təqdim edirik:
1. Mutant Giant Spider Dog (SA Wardega)
2. Nike. Rolik Nike Football: Winner Stays. ft. Ronaldo, Neymar Jr., Rooney, Ibrahimović, Iniesta & more
3. FIRST KISS
4. The Voice IT | Serie 2 | Blind 2 | Suor Cristina Scuccia
5. iPhone 6 Plus Bend Test
6. Bars & Melody - Simon Cowell's Golden Buzzer act | Britain's Got Talent 2014
7. Budweiser Super Bowl XLVIII Commercial
8. Devil Baby Attack
9. Goku vs Superman. Epic Rap Battles of History Season 3
10. 10 Hours of Walking in NYC as a Woman
Youtube-da ən populyar videoklip isə amerikalı Keti Perrinin "Dark Horse"u olub.
Milli.Az