Binəqədidə iki evi qarət edən həbs edildi

21 Yanvar 2018 23:44

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Zaur Abbasov hıbs edilib.

Onun ötən ilin mart və noyabr aylarında rayon ərazisindəki 2 həyətyanı sahədən kombi aparatı, 60 metr elektrik naqili, samovar və xalça oğurlaması da müəyyən edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin