"EXPO-2025"ə ev sahibliyi üçün 3 namizəd qaldı - Bakı, Yekaterinburq, Osaka

21 Yanvar 2018 14:30

Fransa "EXPO-2025" Ümumdünya Sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədən rəsmən imtina edib.

Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bu barədə yerli "Journal du Dimanche" qəzetində bildirilir.

Fransanın baş naziri Eduard Filipin sərginin təşkilat komitəsinə yazdığı məktubda bildirilir ki, bu qərara maliyyə vəziyyəti səbəb olub.

Parisin imtinasından sonra 2025-ci ildə ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər - Bakı (Azərbaycan), Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir. Qalib 2018-ci ilin noyabrında elan olunacaq.

Milli.Az