Qvardiola "Real"ın ulduzunu aparır - 350 milyonluq futbolçu

20 Yanvar 2018 17:36

Aleks Sançesin transferindən imtina edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın futbolçusuna göz dikib.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Marco Asensionu hədəfə alıb.

Bu iddia ilə "Diario Gol" çıxış edib. Sayt yazır ki, Qvardiola böyük gələcək vəd edən gənc futbolçunu transfer etməyi rəhbərlikdən tələb edib. Maraqlıdı ki, Asensionun sərbəst qalma maddəsi 350 milyon avrodu.

Qeyd edək ki, Asensio 2015-ci ildə "Malyorka"dan 3,5 milyon avroya alınıb. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub. 21 yaşlı forvard cari mövsümdə 29 rəsmi oyuna çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində