Ayaz Qasımov yeni hitlər hazırlayır
28 Mart 2010 11:36
Milli.Az xəbər portalına məlumat verən müğənni bildirib ki, hazırda üzərində işlədiyi iki yeni mahnının musiqisi Aygün Səmədzadəyə aiddir. "Ad günü" adlı mahnının sözləri Qənirə Paşayevanındır. Müğənninin verdiyi məlumata görə, sözləri Xanım İsmayılqızına məxsus olan digər mahnının adı hələ ki, dəqiqləşdirilməyib. Sözügedən mahnını gələn həftədən etibarən bütün radiostansiyalarda eşitmək mümkün olacaq. Ayaz Qasımov hər 2 mahnının hitə çevriləcəyinə əmin olduğunu bildirib.
Günay
Milli.Az