Dostluq nədir? Ariflərin nəzəri

21 Yanvar 2018 23:20

Dostluqla bağlı ariflərin nəzərlərinə diqqət edək.

- Dostluq yaxşıdır, əgər sən onun dəyərini başa düşmüsənsə.
 
- Dostluq qəşəngdir, əgər sən onu hiss etmisənsə.
 
- Dostluq təranədir, əgər sən onu oxumusansa.
 
- Dostluq şirindir, əgər sən onu dadmısansa.
 
- Milli.Az deyerler.org-a istinadən bildirir ki, dostluq qalıcıdır, əgər sən onu qəlbində saxlamısansa.
 
- Dostluq həyatdır, əgər sən mənasını dərk etmisənsə.
 
- Elə dost tap ki, məhşər səhnəsində özünü ondan gizlətməyəsən.
 
- O kəs ki, dostlarını ancaq zahiri gözəlliyə görə seçər - batini çirkinliyə giriftar olar.
 
- Nəfsinin qurbanı olanla dost olsan heç bir zaman sənin nəfsinə nəzarət etməz.
 
- Küt nəzərli insanlarla dost olmaqdan çəkin.
 
- Təkəbbür - dostluğun qırmızı xəttidir.
 
- Yüngül insanla dost olmaq necə də ağırdır.
 
- Dostlar bir-birinin şəxsiyyət vəsiqəsidir. (Həvzəh)
 
Allah Təala hər bir möminə həqiqi dostluq tofiqatı nəsib etsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin