Art Villa qalereyasının divarlarında müxtəlif rəssamların qrafiti üslubunda çəkilən əsərlərinin nümayışı olacaq

18 Yanvar 2018 20:00

21 yanvar 2018-ci il tarixində saat 15:00-da Art Villa qalereyasının divarlarında müxtəlif rəssamların qrafiti üslubunda çəkilən əsərlərinin nümayişi olacaq.

Əsərlər Stefan Bust (İsveçrə), Skore, Cruel 103, Drax (Böyük Britaniya) və Emil Məcnunov (Azərbaycan) tərəfindən divarlar üzərində çəkilib.

Sərgi İsveçrənin Azərbaycandaki Səfirliyi, Arts Council Azerbaijan və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, 

Giriş pulsuzdur.

Milli.Az