Türkiyə ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyata hazırlaşır
27 Mart 2010 14:10
Milli.Az xəbər portalının məlumatına görə, bu haqda "Hurriyet Daily News" yazır. Məlumata görə, Türkiyə ordusu PKK terror təşkilatına qarşı genişmiqyaslı "yaz əməliyyatları"na hazırlaşır. Artıq əraziyə silah-sursatla dolu 60 yük maşını aparılıb. Xüsusi təlim keçmiş hərbçilərin isə təxminən 15 gündən sonra oraya toplanacağı bildirilir.
Milli.Az