Narkotik alverçisi tutulub

16 Yanvar 2018 22:31

Salyan rayon Polis şöbəsinin əməliyyat tədbirləri nəticəsində əvvələr məhkum olunmuş Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oktay oğlu şübhəli şəxs qismində saxlanılıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, İbrahim Məmmədovun üzərinə baxış zamanı ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd selofan bükümdə, ümumi çəkisi 25 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az