Yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib

16 Yanvar 2018 22:17

Gəncədə dəm qazından zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1993-cü il təvəllüdlü Eltac Əhmədov yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra E. Əhmədovun vəziyyəti yaxşılaşıb.

Milli.Az