Bolqarıstan Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

16 Yanvar 2018 09:35

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 16-də başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər yola salıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində