Azərbaycan futbolunun 100 illiyi barədə filmin çəkilişlərindən görüntülər - FOTO

5 Avqust 2011 16:12
Tammetrajlı sənədli filmin ssenari müəllifi və rejissoru Arzu Urşan, rejissor köməkçisi Kəmalə Zəkiyeva, operatorları Yuri Yermolin (Rusiya) və Nadir Mehdiyev (Azərbaycan), rəssamı Fikrət Əlkbər, bəstəkarı Camal Əmirovdur.

"Səlnamə" kinostudiyasının çəkdiyi film iki dildə - Azərbaycan və rus dillərində səsləndiriləcək. Filmin xronometrajı 52 dəqiqədir.

Montajı Rusiyada ediləcək filmin sentyabrda təhvil verilməsi planlaşdırılır.

Urşan 1960-80-ci illərin məşhur şair-müğənnisi Onegin Hacıqasımova həsr edilən 44 dəqiqəlik "Onegin Hacıqasımov. İki həyat" sənədli filmini çəkib. 2010-cu ildə film Sankt-Peterburqda beynəlxalq müəllif filmləri kinofestivalında nümayiş olunub.

Milli.Az