Ərdoğan prezident seçkilərində namizəd olacaq?

15 Yanvar 2018 14:09

Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə keçiriləcək dövlət başçısı seçkilərində öz namizədliyini irəli sürəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş deyib.

Nazir bildirib ki, R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qismində namizədliyini irəli sürəcək.

Bundan başqa, keçmiş prezident Abdulla Gülün də namizədliyi barədə fikir bildirən N.Kurtulmuş bu addımın ataılacağına inanmadığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində