Hamamda yuyunarkən dəm qazından zəhərlənib - VİDEO

14 Yanvar 2018 21:35

Abşeronda dəm qazından zəhərlənmə olub. 

Milli.Az bildirir ki, hadisə rayonun Saray qəsəbəsi, Üzümlük yaşayış massivibdə baş verib. 25 yaşlı Mehman Qəmbərli hamamda yuyunarkən dəm qazından zəhərlənib. 

Onun huşsuz vəziyyətdə yaxınları aşkarlayıblar. Xəstə dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə Mehman Qəmbərova lazımı tibbi yardım göstərilib. 

Hazırda vəziyyəti normaldır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hamamda yuyunarkən dəm qazından zəhərlənib