Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 26-da axşam saatlarında naməlum şəxslər Orxan Abdullayevə hücum edərək onu möhkəm döyüblər. Sonra onlar O.Abdullayevin pulunu, mobil telefon və tələbə biletini alaraq hadisə yerindən qaçıblar.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az