İranda Beynəlxalq Novruz mərasiminin açılışı oldu

27 Mart 2010 12:57
Mərasimi giriş sözu ilə açan İranın xarici işlər naziri Manuçöhr Mottəki qədim tarixə malik Novruzun əhəmiyyətindən bəhs edib.

Novruzu rəsmi bayram kimi qeyd edən ölkələrdən dövlət və hökumət nümayəndələri marasimdə istirak edirlər. Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Mərasim çərçivəsində təşkil olunmuş Novruz şənlikləri martın 28-də Şiraz şəhərində davam etdiriləcək.

İran Prezidenti Mahmud Əhmədinejad mərasimdə çıxış edib.

/AzərTAc/