Konte ölümdən döndü - FOTO

14 Yanvar 2018 08:22

"Çelsi"nin baş məşqçisi Antonio Konte böyük faciədən qurtulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, səhər məşqi üçün klubun bazasına gələn italiyalı mütəxəssisin maşınının üstünə dayanacaqda masa düşüb.

Belə ki, Konte ərazini tərk etdikdən cəmi bir neçə dəqiqə sonra yuxarıdan şüşə masa avtomobilin üzərinə düşərək, onun ön şüşəsini qırıb. Şahidlər təcrübəli mütəxəssisin həmin anda avtomobildə olacağı təqdirdə, ölüm təhlükəsi yaşamaq ehtimalının yüksək olduğunu bildiriblər.

Milli.Az