Gəncədə zəncirvari qəza - VİDEO - FOTO

13 Yanvar 2018 15:16

Gəncə şəhərində yol qəzası baş verib.

Milli.Az ARB TV istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində yaşanıb.

36 yaşlı Fariz Alıyevin idarə etdiyi "Volkswagen" markalı avtomobil dönmə əməliyyatı zamanı 40 yaşlı Fuad Bağırovun sürücüsü olduğu "Opel"lə toqquşub. "Opel" zərbənin təsirindən yol kənarında dayanan, 33 yaşlı Elçin İsmayılova məxsus "Mercedes" markalı maşına dəyib. Avtomobillər yararsız hala düşüb.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə zəncirvari qəza - 13.01.2018