"Kəpəz"in ukraynalı yeni gəlini gündəm yaratdı - FOTO

13 Yanvar 2018 14:58

Bir neçə gün öncə "Kəpəz" daha bir futbolçu ilə razılığa gəlib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı, 192 sm boyu olan ukraynalı qapıçı Sergey Litovçenko Gəncə təmsilçisinin "1 nömrə"si olacaq.

Xarkovda anadan olan Sergey futbolun sirlərini də doğma şəhərdə - "Arsenal"da öyrənməyə başlayıb. Daha sonra  "Qazovik", "Feniks", "Volın", "Naftovik-Ukrnafta", "Helios" və Donetsk "Olimpik"inin şərəfini qoruyan qolkiper son 1,5 ili Gürcüstanda keçirib.

"Zuqdidi"də inamlı təsir bağışlayan qapıçı son təqvim ilini Tiflis "Dinamo"sunun heyətində keçirib və Gürcüstanda mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.

"Kəpəz"la 6 aylıq müqavilə bağlayan əlcək sahibi"nin ailəsi gündəmə gəlib. Onun həyat yoldaşı Elena sosial şəbəkədə əri və qızı ilə hər anlarını əks etdirən şəkillərini paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində