Gürcüstan polisi azərbaycanlını saxladı

13 Yanvar 2018 14:41

Gürcüstanın Marneuli rayonunda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü A.A. adlı şəxsin üzərində tərkibində 19,45 qram heroin olmaqla, 32,03 qram narkotik vasitə aşkar edilərək müsadirə edilib.

Saxlanılan şəxs günahını etiraf edib.

Gürcüstan DİN faktla bağlı istintaq aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində