"İnstaqram müğənnisi deyiləm ki, durub ..." - Nazpəri Dostəliyevadan SƏRT CAVAB - FOTO

13 Yanvar 2018 13:52

Dünən ARB-də verilişlərdən birində qonaq olan xalq artisti Nazpəri Dostəliyeva sosial şəbəkədəki fəal məşhurlarla bağlı mövzuya maraqlı münasibəti ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcının "İnstqaram-da son zamanlar çox fəalsınız. Bu, məni çox sevindirir. Hərdən ağlınıza gəlmirmi ki, heç efirlərə çıxmayım, yeni mahnımı elə İnstaqram-da təqdim edim" sözləri xalq artistinin ürəyincə olmayıb.

Nazpəri Dostəliyevanın Sayqa Cahidin sözlərinə verdiyi cavabı təqdim edirik:

"İnstqaram müğənnisi deyiləm ki, durub İnstaqram-la sənətimi təqdim edim. Biz bütün medianı ətrafımıza toplayıb, böyük mətbuat konfransı keçirməklə səhnəyə gəlmişik, Sayqa. İnstaqram-da populyar olmaq göstərici deyil".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində