“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı təxirə salındı

13 Yanvar 2018 11:56

Bu gün səhər saatlarından istifadəyə verilməsi nəzərdə tutulan "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı təxirə salınıb.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, müəyyən texniki məsələlərə görə "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi gələn həftə sərnişinlərin istifadəsinə veriləcək.

Daha öncə qeyd edilmişdi ki, bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül" NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda isə 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül" NMM-ə hərəkət etməsi təmin olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində