Rusiyalı pilot artıq "Ferrari"nin üzvüdür - FOTO

13 Yanvar 2018 11:04

"Ferrari" komandası rusiyalı pilot Danil Kvyatla müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı komandanın mətbuat xidməti yayıb. Danil "Skuderiya"nın inkişaf sürücüsü olacaq.

2018-ci ildə Kvyat Formula 1-in bütün mərhələlərini gəzəcək və "Ferrari"nin simolyatorunda məşqlər edəcək. İstisna deyil ki, rus pilot testlərdə bolidin sükanı arxasında əyləşəcək. Lakin komanda rəsmi olaraq bunu təsdiqləməyib.

Danilin Skuderiya ilə müqavilə imzalama xəbəri, "Toro Rosso" komandasından ayrılmasında 3 ay sonra çıxdı.

Yaxın zamana qədər "Williams"a keçəcəyi deyilən Kvyat, nəticədə "Ferrari"nin üzvü oldu. Onu da qeyd edək ki, italyanların sponsorlarından biri rus şirkəti "Kaspersky Lab"dır

Avropa mətbuatı Danilin elə də pis seçim etmədiyi və gələcəkdə komandanın əsas pilotlarından biri ola biləcəyi şərhini edib. Lakin unutmayaq ki, "Skuderiya"nın Antonio Covinaççi Şarl Lekler kimi çox sürətli gənc pilotları var.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində