"Kök qızlar və qadınlar birdəfəlik anlamalıdır ki, onlar çəkilərindən utanmamalı, özlərini natamam, qüsurlu insanlar kimi hiss etməməlidir. Məndə belə komplekslər yoxdur. Vücudumu anormal, özümü tosqun hesab etmirəm".
Kanadanın Toronto şəhərində yaşayan 25 yaşlı Culiana Mazzey belə deyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "bodi-pozitiv" hərəkatının mənsubu olane Culiana arıqlamaq, izafi çəkisindən qurtulmaq niyyətində deyil.
Bir sıra brendlərin reklam kampaniyalarına qatılan və model karyereasına başlayan Culiana İnstagram-dakı profilində fotolarını sürəkli olaraq paylaşır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin