ABŞ-da sürüşmə və daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

13 Yanvar 2018 08:03

ABŞ-ın Kaliforniya ştatının cənubunda sürüşmə və daşqın qurbanlarının sayı 18 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Braunun yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, təbii fəlakət nəticəsində daha 30 nəfər xəsarət alıb.

Rəsmilərin hesablamalarına görə, 60-a yaxın ev dağılıb, 450-yə yaxın tikiliyə ziyan dəyib. Bazar ertəsi günündən başlayaraq ştatın bir neçə bölgəsində sakinlər təxliyyə edilib. Onlardan bəziləri evlərini tərk etməkdən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin