Turpaketlər iki dəfə ucuzlaşdı - VİDEO

12 Yanvar 2018 21:57

Yayda 2 min manata olan turpaketlər hazırda min manatdan da ucuz təklif edilir.

Milli.Az bildirir ki, artıq xarici turpaketlərdə erkən rezervasiyalara start verilib.

Qiymətlərin hər il bu vaxtlar enməsi adi hal aldığından, məhz bu ayları gözləyən müştərilər var. Elə buna görə də erkən rezesrvasiya ilə endirimli turpaket alanlar da hərəkətə keçib.T urizm şirkətləri müştərilərin xeyli artdığını deyirlər.

İstənilən turpaketin dəyərinin 30 faizini ödəməklə yerdə qalan məbləği səfər gününə qədər ödəmək də mümkündür. Bu isə əlində nağd pulu olmayıb, amma səyahət etmək istəyənlər üçün tur şirkətləri tərəfindən xüsusi hazırlanıb. Hətta hər il bu vaxtlar aviaşirkətlər də erkən rezervasiyanı nəzərə alaraq uçuşlarında endirim edirlər.

Xarici turlardan fərqli olaraq ölkədaxili turlarda erkən rezervasiya ilə endirimlər olmur. Amma buna baxmayaraq, yay aylarında ölkə daxili turlarda da seçim imkanları artır.

Turizm şirkətlərinin nümayəndələri deyir ki, müştərilə hər il olduğu kimi, əsasən Türkiyə və şərq ölkələrinə səyahət etməyə üstünlük verirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Turpaketlər iki dəfə ucuzlaşdı