Aİ Azərbaycanla aviasiya sazişinin bu il imzalanacağına ümid edir

12 Yanvar 2018 21:03

Avropa İttifaqı (Aİ) Azərbaycanla aviasiya üzrə sazişin bu il imzalanacağına ümid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Diplomatın sözlərinə görə, saziş, demək olar ki, razılaşdırılıb: "Sadəcə nöqtəni qoymaq lazımdır. Ümid edirəm ki, yanvar-fevral aylarında bu mümkün olacaq".

Milli.Az