"Sevgili deyilik"

12 Yanvar 2018 23:18

Demet Özdemir Edis Görgülü ilə eşq yaşaması xəbərlərinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu şayiələrin yalan olduğunu söyləyib.

Oğuzhan Özyakupla ayrılan demetin Edisdən xoşu gəldiyi, onunla tanış olmağa çalışdığı deyilirdi. İddialara görə, Özdemir dostlarına Edisi çox bəyəndiyini deyib.

Aktrisa "Haqqımda çıxan xəbər əsassızdır. Sevgili deyilik" cavabını verib.

Milli.Az