İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür...

12 Yanvar 2018 23:48

Yeni yüksək standartlara cavab verən "ağıllı" küçə işıqları təqdim edilib.

Milli.Az xəbər verir ki, ən son texnologiyalarla təchiz edilmiş maraqlı modulyar küçə fənəri "ağıllı şəhər" konsepsiyasının bir hissəsi ola bilər. Funksionallığı sayəsində o, yoldan keçən şəxsləri izləmək, təhlükə haqda xəbərdarlıq etmək və hətta internet paylamaq imkanına malikdir.

İşıq diodu lampaları vəziyyətdən asılı olaraq müxtəlif rənglərlə əvəzlənə bilir. Həmçinin "ağıllı" fənərin içərisində yerləşdirilən videomüşahidə kamerası 4K təsvir ölçüsünə malikdir. Bundan başqa, fövqaladə hal zamanı cinayətkarların kimliyini müəyyənləşdirmək məqsədilə xüsusi alqoritmlərin tətbiqi ilə səs siqnalı yazılır və aşkarlanır.

"Wi-Fiber" yaddaş bazasına malikdir. Burada müəyyən müddətə aid foto və video görüntülər saxlanılır. Bundan başqa sistemdə xüsusi axtarış funksiyası da var. Bundan başqa, sistem odlu silah sensoru və havanın keyfiyyətini müəyyən edən sensorlarla da təchiz edilib. (publika.az)

Milli.Az