"Yuventus"dan yeni transfer

12 Yanvar 2018 22:28

"Yuventus" heyətinə yeni futbolçu cəlb edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu "Sampdoriya"nın yarımmüdafiəçisi Denis Pratanı transfer etməyə yaxındır. Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Bu transferin "Yuventus"a 25 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Belçika millisinin üzvü 2016-cı ildən "Sampdoriya"da çıxış edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində