Məşhur ailənin qızını alan Elçin həyat yoldaşının qısqanclığından danışdı - Evə bir az gec gələndə... - FOTO

12 Yanvar 2018 12:55

Bu gün "10-dan sonra" verilişinin qonaqlarından biri Elçin Cəfərov olub.

Milli.Az xəbər verir ki, tamaşaçılardan birinin Elçinə ünvanladığı "Həyat yoldaşın səni qısqanırmı?" sualına müğənni etirafı ilə diqqət çəkib.

Elçinin həyat yoldaşı Aydanın qısqanclığı ilə bağlı açıqlaması:

"Hər şey insanın özündən asılı bir şeydir. Bacardığım qədər buna şərait yaratmıram. Amma arada qısqanır. O da evə bir az gec gələndə...".

Qeyd edək ki, Elçin keçmiş millət vəkili, şair Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlının qızı Aydanla ailəlidir. Cütlüyün Can adlı bir oğlan övladı var.

Təhməz Təkin
Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində