İtkin düşən 14 yaşlı qızı gündə 20-30 kişiyə satdılar - FOTO

12 Yanvar 2018 11:35

İtkin düşən 14 yaşlı qıza narkotik maddə içirib, onu fahişəliyə cəlb edən 3 nəfər 18 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə Jake Cairns, Brandon Sharples və Jack McInally 14 yaşlı qızı qaçırıb, kölə kimi saxlayıb, gündə 20-30 kişiyə satıblar.

Onlar qızın yaşını 18 kimi təqdim edərək eskort saytlarında elan veriblər.

Qeyd edək ki, qız 2015-ci ildən bəri axtarışdadır. Onun adı məlum səbəblərə görə açıqlanmır.

Milli.Az cinayətkarların fotolarını təqdim edir:

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində