Microsoft-un yeniləməsi kompüterləri söndürür

13 Yanvar 2018 07:22

"Microsoft" korporasiyası "Windows" əməliyyat sistemində "Meltdown" və "Spectre" boşluqlarını aradan qaldıran təhlükəsizlik yeniləməsinin yayılmasını dayandırıb. Sözügedən təhlükəsizlik yeniləməsi "AMD" prosessorları quraşdırılmış kompüterlərin sönməsinə səbəb olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki,"AMD çiplərinin istehsalçısı tərəfindən "Microsoft" şirkətinə edilmiş şikayətə görə təhlükəsizlik yeniləməsinin quraşdırılmasından sonra onların kompüterləri açılmır" - şirkətin nümayəndəsi deyib.

Korporasiya artıq bu problemin həlli üzərində işləyir.

"Meltdown" adlı boşluq proqrama nüvə yaddaşı daxil olmaqla kompüterin istənilən yaddaşını oxumağa imkan verir. Eyni zamanda "Spectre" boşluğu proqramların təcrid olunmasında boşluq köməyi ilə hakerə başqa proqramlardan informasiya əldə etməyə imkan verir. Bu boşluqlar "Intel", "ARM64" və "AMD" prosessorlarına qarşı hücum həyata keçirə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin