Qocanı soydular

27 Mart 2010 12:40

Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 2 naməlum şəxs 78 yaşlı Vahid İbadovu aldadaraq onun evinə daxil olublar. Onlar qocaya zor tətbiq edərək 190 manat pulunu ondan alıb. Sonra evdə "axtarış" aparan şəxslər başqa heç nə tapmayaraq evi tərk ediblər.

Faktla bağlı 180-ci (soyğunçuluq)  maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törədən şəxslərin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Anar Məmmədov
Milli.Az