6 nömrəli marşrut avtobuslarının yolu uzadıldı - SXEM

10 Yanvar 2018 11:42

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Məlumat üçün bildirək ki, sınaq müddəti məqsədi ilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində