Narkotik vasitədən heykəl düzəldən iranlı həbs olunub

4 Avqust 2011 17:26
Ümumi çəkisi 8,4 kiloqram olan narkotik vasitədən heykəl düzəldərək, Malayziyanın Kuala-Lumpur hava limanından keçmək istəyən 26 yaşlı iranlı həbs olunub. Bu barədə Trend "radiofarda" saytına istinadən məlumat verir.

Məlumata əsasən, həmin iranlı narkotik vasitədən pələng başının heykəlini düzəldib sərhədçiləri aldadaraq, narkotiki digər ölkəyə keçirmək istəyirmiş.

Ötən il Malayziyada narkotik qaçaqmalçılığı ilə məşğul olan 138 nəfər həbs olunub. Malayziyada narkotik vasitələr daşımaqda ittiham edilən şəxslər edama məhkum olunur.

Milli.Az