15:24
Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dəfn edilib.
Milli.Az report.az-a istinadən bildirir ki, V.Mahmudoğlu Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, bir neçə gün öncə infarkt keçirən V.Mahmudoğlu Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunmuşdu.
Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.
Allah rəhmət eləsin!
------------
09:46
Aşıq sənətinin tanınmış nümayəndələrindən olan aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.
Milli.Az bildirir ki, bu barədə "ölkə.az"a aşığın yaxınları məlumat verib.
Bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Xatırladaq ki, aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.
Allah rəhmət eləsin!
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində