Ayaqları kəsilmiş Məhəmməd kədərdən qurtuldu - VİDEO - FOTO

10 Yanvar 2018 16:46

Üzərindən qatan keçən balaca Məhəmməd Saleh qan içində çabalayırdı. Ətrafdakı insanlar uşağı relslərin arasından çıxardılar. Məhəmmədin ayaqlarını qatarın təkərləri kəsmişdi.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Karnataka ştatındakı Manqalor şəhərində yaşanmışdı. 2 yaşlı Məhəmməd Saleh xəstəxanaya aparılıb.

Qanaxmadan ölüm əsnasında olan balaca oğlanı xilas etmək üçün həkimlər səfərbər olublar.

Əməliyyat başlayıb və yeddi saat davam edib.

Unikal əməliyyat nəticəsində Məhəmməd Salehin kəsilib kənara düşmüş ayaq parçaları yerinə tikilib.

Dünyada indiyədək sadəcə, 13 dəfə belə əməliyyat reallaşdırılmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ayaqları kəsilmiş Məhəmməd kədərdən qurtuldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin