Böyük Britaniyada Lonqlit safari-parkında qocaman qorilla ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Niko adlı qorilla 56 yaşında yatarkən yuxuda ölüb.
Qeyd olunur ki, 1980-ci ildə safari-parka gətirilmiş Niko gölün ortasındakı adada ayrıca evdə yaşayırmiş. Bildirilir ki, qorillanın evində televizoru da olub.
Nikonun 56-cı doğum günü ötən ilin iyulunda təntənəli şəkildə qeyd olunmuşdu.
Milli.Az