BMT İranı beynəlxalq yayım qaydalarını pozmaqda günahlandırır
27 Mart 2010 13:45
Beynəlxalq Telekommunikasiya Birliyinin açıqlamasına görə, xarici peyk siqnallarına müdaxilə qadağandır. Agentlik İran hökumətini qısa ittihamla kifayətlənsə də, göstərib ki, dalğaların qarşısını alan mənbə İrandan gəlir. Birlik peyk provayderi Eutesat-ın adından Fransanın etdiyi şikayətlərdən sonra bu bəyanatı açıqlayıb.
Provayder iddia edir ki, İran keçən ilin iyun ayından, iranda hökumət əleyhinə aksiyalara yol açan mübahisəli prezident seçkilərindən bəri "Amerikanın səsi" və BBC-nin Fars dilində yayımlarına blok qoyub. İranın bu addımını Avropa Birliyi də qınayıb.
Milli.Az