Bakıda üç fahişənin əhatəsində ölən ərəbin ÖLÜM SƏBƏBİ - YENİLƏNİB

9 Yanvar 2018 16:32

16:32

Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə yanvarın 8-də "Ariva" hoteldə qeydə alınıb. 

Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela  ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələrinə təhvil verilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi balanıb. 

Həmçinin hoteldən bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən otaqdakı boş şüşələri müayinə etmək üçün aparıblar.

---------

14:40

Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən "Ariva" hotelinin 311 nömrəli otağında baş verib.

Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.  

İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Fakt üzrə istintaq davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində