Koutinyo 200 milyon avroya yox deyib

8 Yanvar 2018 09:23

"Barselona" ilə yanaşı "Real" da "Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyonu transfer etmək istəyib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mundo Deportivo" belə bir iddia ilə çıxış edib. Bildirilir ki, "Kral klubu" braziliyalı futbolçuya 200 milyon avro təklif edib. 

Lakin Koutinyo "Real"da deyil, "Barselona"dan oynamaq istədiyi üçün təklifi geri çevirib.

Maraqlıdır ki, uşaq vaxtı Neymarla birgə müsahibə verərkən Koutinyo da "Real"a azarkeşlik etdiyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində