Dirijabl peyki əvəz edəcək - VİDEO - FOTO

4 Avqust 2011 03:34
Amerikanın Lockheed Martin şirkətinin HALE-D (High Altitude Long Endurance Demonstrator) yeni  uçan aparatı uçan avtomobillər kimi yer üzərində hərəkət edə bilməsə də, geostasionar orbitdəki peykləri asanlıqla əvəz edəcək.

Milli.Az xəbər portalı Rusiya KİV-nə istinadən bildirir ki, HALE-D ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan HAA (High Altitude Airship - yüksək hava gəmisi) layihəsinin davamıdır. Əslində klassik dirijablın modern forması olan HALE-D Yer səthindən 18 min km hündürlüyə qalxa bilir. O, pilotsuzdur, ancaq onun idarə edilməsi üçün yerdə xüsusi mərkəzi yaradılıb.

Dirijabl çoxfunksiyalıdır: həm yer səthini müşahidə etmək üçün avadanlıqları daşıya, telekommunikasiya sistemlərini əlaqələndirə, həm də raket əleyhinə müdafiə sisteminin (1000 kv.km-dək ərazi üçün) tərkib hissəsi ola bilər. Onun başlıca üstünlüyü isə orbitə çıxarılması üçün daşıyıcı raketə ehtiyacının olmaması və çoxdəfəli istifadəyə yararlılığıdır.

Milli.Az