Neymar evlilik təklif etdiyi üçün ayrılmaq istəyən qızla öpüşməkdən doymadı - FOTO

5 Yanvar 2018 09:45

"PSJ"-nin braziliyalı ulduzu Neymar tez-tez küsüb-barışdığı sevgilisi Bruna Marquezine ilə yaxta gəzintisi zamanı öpüşərkən görüntülənib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 222 milyon avroluq transfer qiyməti ilə futbol tarixinə keçən, illik 57 milyon avro ilə də dünyanın ən çox qazanan futbolçusu olan Neymar dost-tanışı ilə çıxdığı yaxta gəzintisində sevgilisi Bruna Marquezine ilə obyektivlərə tuş gəlib.

25 yaşlı ulduz futbolçu və aktrisa sevgilisi xeyli müddət əyləniblər.

Avqust ayında 5 illik münasibətlərini bitirdiklərini açıqlayan, hətta sosial şəbəkə hesablarındakı birgə fotoları silən cütlüyün xoşbəxtliyi hər hallarından bəlli olub.

Brazilia mətbuatının məlumatına görə, ayrılığın səbəbi ulduz futbolçunun 5 illik sevgilisinə evlənmək təklifi etməsi olub.

Cütlük belə görüntülənib:

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində