Konte: "Bəxtimə qənaətcil klublar düşür"

5 Yanvar 2018 08:07

"Çelsi"nin baş məşqçisi Antonio Konte komandanın komplektləşdirilməsi barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis bunları deyib:

"Transfer tələblərim o qədər də yüksək deyil. Məşqçi karyeram ərzində istədiyim futbolçuları nadir hallarda almışam. Bəxtimə qənaətcil klublar düşür. Mən sadəcə işimi görməyə çalışıram. Kim komandaya gəlirsə, yaxşı. Gəlmirsə, yenə yaxşı. İstənilən halda işimi davam etdirməliyəm.

İtaliya millisinin yeni baş məşqçisi? Milli komanda haqqında danışmağın yeri deyil. Əks halda, məni səhv başa düşərlər. Bunu isə istəmirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində