Tərtərdə kabel oğrusu həbs edildi

2 Yanvar 2018 19:19

Tərtər rayonunda ötən il baş verəb oğurluğun üstü açılıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ötən il Tərtər rayonunda bir neçə kəndin subartezian quyularının elektrik naqillərinin oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət olunub.
Məlumatla əlaqədar polis şöbəsində əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Xalid Tağıyev saxlanılıb.
Araşdırmalarla onun aprel ayından etibarən rayonun 7 müxtəlif kəndindən 500 metr uzunluğunda elektrik naqilləri oğurladığı müəyyən edilib. Dindirilmə zamanı X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin